Accessibility links

Argentina sammitinin ikinci günü keçirilir


Prezident Buşun iştirak etdiyi Amerika dövlətlərinin Argentina sammitinin ikinci günü keçirilir. Sammit iştirakçılarının yekun bəyanat qəbul edəcəkləri gözlənilir. 34 dövlət başçısının Mar Del Plata zirvə görüşünün açılış günü zorakılıqlarla müşaiyət edilib. İşsizliyin aradan qaldlrılması, yoxsulluqla qarşı mübarizə və qərb yarımkürəsində demokratiyanın inkişaf etdirilməsi məsələləri müzakirə edilən sammit zamanı şəhər küçələrində keçirilən yürüşlərdən sonra günortaya yaxın nümayişçilərin kiçik bir qrupu təhlükəszlik qüvvələrinə hücum edərək, əsgərləri daşa basmışlar. Nümayişçilər əsgərlərə Molotov kokteyli ilə hücum etmiş, binaların şüşələrini sındırmış, yanğın törətmişlər. Prezident Buşun sammitdə iştirakı və ABŞ-ın başçılığı ilə İraqda müharibəyə etiraz edən nümayişçilərdən 60 nəfərinin həbs edildiyi bildirilir. Ciddi xəsarət alan olmamışdır. İki saatlıq çıxışı ilə nümayişçilərin ehtirasını daha da qızışdıran Venesuela prezidenti Hugo Çaves yarımkürədə azad ticarət razılığının əldə ediləcəyinə ümid etmədiyini bildirmişdir. Cənubi Amerikanın iki böyük ölkəsi Argentina və Braziliya fikirlə qismən razılaşırlar. Lakin Meksika prezidenti Vinsente Fox 34 ölkədən 29-nun bu razılığın əldə edilməsinin tərəfdarı olduğunu bildirir.
XS
SM
MD
LG