Accessibility links

İran BAEA ilə əməkdaşlığa hazırdır


İranın dövlət radiosunun məlumatında deyilib ki, hökumət mübahisəli nüvə proqramı ilə bağlı xaricdən müdaxiləyə imkan yaradacaq. Yayımlanan qısa xəbərdə Beynəlxlaq Atom Enerjisi Agentliyinə xarici və yerli təhqiqiatçılarla bərabər İranın Nantanz şəhərindəki nüvə obyektində yoxlanış aparmasına yol veriləcəyi deyilib. Xatırladaq ki, sentyabr ayında Beynəlxlaq Atom Enerjisi Agentliyi İran məsələsinin BMT-nin Təhlükəszilik Şurasında qaldırılması istisna edilməyən bəyanat qəbul etmişdi. Agentlik İranla bağlı müzakirələri bu ayın sonunda bərpa etməlidir.
XS
SM
MD
LG