Accessibility links

Seçkilər başa çatdi







06.11.2005. BAKI. Saat 19.00-da səsvermə başa çatıb. Artıq həmin saatdan başlayaraq, məntəqələr bağlanıb və səslərin sayılmasına başlanıb. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. /APA/

Rino Harniş: “ ABŞ səfirliyi seçkilərə dair hesabatını ATƏT-in hesabatından sonra açıqlayacaq”

03.11.2005. BAKI. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzində olub, mərkəzin direktoru İqbal Babayev ilə görüşüb. (APA) Görüşdən sonra jurnalistlərə açıqlama verən səfir bildirib ki, seçkilərin nəticələri barədə hələ heç nə deyə bilməz: “Lakin bu gün Azərbaycan üçün çox vacibdir. Seçicilərin iştirak faizinin yüksəlməsinə ümid edirəm. Bizim nümayəndə heyətlərimiz ölkənin müxtəlif yerlərində müşahidələr aparır, bəzi yerlərdə vəziyyət yaxşıdır, bəzilərində isə yaxşı deyil, lakin biz ümumi nəticəmizi müşahidələr bitəndən sonra bildirəcəyik”.
PA Consaltingin Qroup keçirdiyi exit-polla bağlı şikayətlərə münasibət bildirən Rino Harniş bütün şikayət qeydə alındığını, şikayətləri yoxlamaq üçün həmin yerə nümayəndələrini göndərdiklərini deyib: “Bəzi hallarda çaşqınlıq olur, exit-poll keçirən təşkilatın adı səhv salınır”. Müxalifətin kütləvi aksiya keçirməsi ilə bağlı məsələyə münasibət bildirən səfir ABŞ-ın bütün tərəfləri qanunun aliliyinə hörmət etməyə, zorakılığa yol verməməyə, mülki vətəndaş cəmiyyətinə aid olan bütün qaydalara riayət etməyə çağırdığını deyib: “ ABŞ səfirliyi müşahidəçilərinin və exit-pollun nəticələrinə əsaslanaraq seçkilərə qiymət verəcək. Ən əsası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə Bürosunun verdiyi qiymətləndirmə olacaq, çünki onlar bu sahədə beynəlxalq səylərə rəhbərlik edir. ABŞ səfirliyinin hesabatı həmin hesabatdan sonra verəcək”. /APA/

Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi exit-pollu PA Consaltinq Qroup şirkəti yox, Mitovski İnternətional və Edisson Reserc şirkəti ilə keçirilir

06.11.2005. Bir sıra Kütləvi İnformasiya Vasitələrində Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzinin guya ABŞ-ın PA Consaltinq Qroup şirkəti ilə birlikdə exit-poll keçirdiyi barədə məlumatlar yayılıb. Mərkəzin direktoru Solmaz Mehtiyevanın APA-ya daxil olan açıqlamasında bu xəbərlərin yalan olduğu, çirkin niyyətlə ortalığa atıldığı bildirilib: “Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və ABŞ-ın Mitovski İnternətional və Edisson Reserc şirkətinin təşkil etdiyi exit-pollda iştirak edir. Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi heç bir siyasi quruma xidmət etmir, seçkilərdə neytral mövqedən çıxış edir”. /APA/

Saat 19.00-a qədər seçicilərin 40.77%-i səsvermədə iştirak edib

06.11.2005. BAKI. Saat 19.00-a olan məlumata görə, respublika üzrə seçicilərin 1901569 nəfəri səs verib. APA-nın “Seçkilər” İnformasiya Mərkəzində olan əməkdaşının bildirdiyinə görə, bu, seçicilərin 40.77%-ni təşkil edir. /APA/

Son xəbnərlər
IV BURAXILIŞ

Siyasət
• Mətbuat Şurasının monitorinq qrupu jurnalistlərlə bağlı ciddi qanun pozuntusu aşkarlamayıb
• Xaçmazda üzərində partlayıcı maddə olduğunu deyən çeçen saxlanılıb
• Londonun Demokratiya İnstitutunun əməkdaşları Stas Skettor və Kemi Piss 14 saylı Əzizbəyov II DSK-da olublar
• Saat 17.20-yə olan məlumata görə, seçkidə seçicilərin 39,06%-i iştirak edib
• 100 saylı Şəmkir-Daşkəsən DSK-nın seçki məntəqələrində səsvermə zamanı ciddi qanun pozuntularını qeydə alınıb
• 41 saylı Sumqayıt DSK-da 13105, 43 saylı Sumqayıt DSK-da isə 17574 seçici səs verib
• Gəncənin 37 saylı I Nizami seçki dairəsinin 8 saylı məntəqəsində səsvermə prosesində müvəqqəti fasilə yaranıb
• Əzizbəyov rayon Məhkəməsinin qərarı ilə 162 nəfər səsverməyə buraxılıb
• 37 saylı I Nizami seçki dairəsində saat 17.20-ə kimi seçicilərin 36.65 faizi səsvermədə iştirak edib
• Saat 18.00-a olan məlumata görə, ən yüksək seçici fəallığı 70 saylı Masallı şəhər Seçki Dairəsində qeydə alınıb - 62.35%
• ABŞ səfiri Rino Harniş “Seçkilər” İnformasiya Mərkəzində olub
• Rauf Arifoğlunun seçki qərargahı növbəti bəyanat yayıb
• Saat 19.00-da səsvermə başa çatıb
• Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi exit-pollu PA Consaltinq Qroup şirkəti yox, Mitovski İnternətional və Edisson Reserc şirkəti ilə keçirilir
• 15 saylı I Yasamal seçki dairəsində namizəd Eldar Namazovun xeyrinə yazılmış hazır seçki bülletenləri tutulub
• Rino Harniş: “ ABŞ səfirliyi seçkilərə dair hesabatını ATƏT-in hesabatından sonra açıqlayacaq”
• Saat 19.00-a qədər seçicilərin 40.77%-i səsvermədə iştirak edib
• ABŞ səfiri 5 seçki məntəqəsində müşahidələr aparıb
• Əli Əhmədov: “YAP 2000-ci il parlament seçkilərində olduğu kimi ən azı 74 yerə sahib çıxacaq”
• Bu saata olan məlumata görə, ölkə üzrə 43,34% səs verib
• Xaçmaz polisinə tabe olmadığına görə güllə yarası alan çeçen milliyyətindən olan şəxsin adı məlum olub
• Bir neçə dairədə seçkilərdə iştirak edənlərin sayı açıqlanıb
• MDB müşahidə missiyası hesabatını sabah açıqlayacaq


Mətbuat Şurasının monitorinq qrupu jurnalistlərlə bağlı ciddi qanun pozuntusu aşkarlamayıb

06.11.2005. BAKI. Azərbaycan Mətbuat Şurasının (MŞ) monitorinq qrupu parlament seçkisində jurnalistlərin peşə borcunu yerinə yetirmələrinin, habelə məntəqə və dairə seçki komissiyalarında onların fəaliyyətinin monitorinqini aparır. MŞ-dən APA-ya daxil olan məlumata görə, saat 17.00-a olan məlumata görə xidməti vəzifəsini yerinə yetirən KİV əməkdaşlarına qarşı ciddi qanun pozuntusuna yol verilməyib. Yalnız bir halda 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 18 saylı məntəqəsində "Yeni Müsavat" qəzetinin əməkdaşı Rey Kərimoğlu müşahidçilər tərəfindən hüquqlarının məhdudlaşdırılması ilə bağlı MŞ monitorinq qrupuna müraciət edib. Qrupun həyata keçirdiyi təcili tədbirlər nəticəsində insident aradan qaldırılıb. Monitorinq qrupunun növbəti açıqlaması saat 20.00-da olacaq. /APA/

Xaçmazda üzərində partlayıcı maddə olduğunu deyən çeçen saxlanılıb

06.11.2005. XAÇMAZ. Bu gün Xaçmaz rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində şübhəli şəxs qismində bir nəfəri saxlayıblar. APA-nın şimal bürosunun məlumatına görə, təxminən saat 14.00 radələrində polislər Rəcət yolunda özünü şübhəli aparan bir şəxsə dayanması barədə əmr veriblər. Ancaq həmin şəxs polisə tabe olmayıb. O, üstündə partlayıcı maddə olması və polisin ona yaxınlaşacağı təqdirdə özünü partladacağı barədə xəbərdarlıq edib. Polis əmrə tabe olmayan şübhəli şəxsə atəş açıb. Güllə yarası alan şəxsin milliyətcə çeçen olduğu aydınlaşıb. Adı açıqlanmayan bu şəxs Xudat şəhər xəstəxanasına aparılıb. Polis şöbəsindən hadisə ilə bağlı açıqlama verilməyib./APA/

Londonun Demokratiya İnstitutunun əməkdaşları Stas Skettor və Kemi Piss 14 saylı Əzizbəyov II DSK-da olublar

06.11.2005. BAKI. Saat 17.00-a olan məlumata görə, 15 saylı Yasamal I DSK-dan 38870 seçicidən 12026 nəfər səs verib ki, bu da seçicilərin 30.9 %-ni təşkil edir. 16 saylı Yasamal II seçki dairəsində 41966 nəfər seçicidən 15940 nəfər səsvermədə iştirak edib. 17 saylı Yasamal III DSK-nın sədri Qədir Kərimovun APA-nın xüsusi müxbirinə verdiyi məlumata görə, 41043 seçicidən 8741-i səsvermədə iştirak edib ki, bu da 27.8 %-dir. Saat 17.00-dək 35 saylı Xətai III DSK-da seçicilərin 32.6%-i, yəni 12058 nəfər səs verib. Həmin vaxtadək 19 saylı Nərimanov I DSK-da isə 12556 nəfər səsvermədə iştirak edib.
Londonun Demokratiya İnstitutunun əməkdaşları Stas Skettor və Kemi Piss 14 saylı Əzizbəyov II DSK-da olublar. Onlar DSK-nın məntəqələrində seçkini müşahidə etdiklərini bildiriblər. İnstitutun əməkdaşlarının APA-nın müxbirinə verdiyi məlumata görə, məntəqələrdə ciddi qanun pozuntuları ilə rastlaşmayıblar. 14 saylı Əzizbəyov II DSK-nın 2 saylı seçki məntəqəsində müşahidə aparan «YeS» blokunun nümayəndəsi Raqif Allahveridiyev və «Azadlıq» blokunun nümayəndəsi Abuzər Məmmədov da seçkinin gedişindən razı qaldıqlarını deyiblər. Onlar yalnız bəzi texniki çatışmazlıqlardan şikayət ediblər. /APA/

Saat 17.20-yə olan məlumata görə, seçkidə seçicilərin 39,06%-i iştirak edib

06.11.2005. BAKI. Saat 17.20-yə olan məlumata görə, 1821629 nəfər seçkidə iştirak edib. APA-nın “Seçkilər” İnformasiya Mərkəzində olan əməkdaşı bildirib ki, bu, seçicilərin 39.06%-ni təşkil edir. 70 saylı Masallı şəhər Seçki Dairəsi 62.35%-lə liderdir. 51 saylı Qusar SD 59,59%-lə ikinci, 1 saylı Şərur-Sədərək SD 56%-lə üçüncüdür. 28 saylı Sabunçu III SD seçici aktivliyi ən az olan dairədir – cəmi 23,49%. /APA/

100 saylı Şəmkir-Daşkəsən DSK-nın seçki məntəqələrində səsvermə zamanı ciddi qanun pozuntularını qeydə alınıb

06.11.2005. ŞƏMKİR. 100 saylı Şəmkir-Daşkəsən DSK-nın seçki məntəqələrində səsvermə zamanı ciddi qanun pozuntularını qeydə alınıb. APA-nın Şəmkirə ezam olunmuş müxbirinin verdiy i məlumata görə, sözügedən dairədən namizəd olan Məhərrəm Qasımovla Etibar Hüseynov məntəqələrə gələrək seçicilər arasında təbliğat aparırlar. Seçiciləri onlara səs verməyə çağırırlar. Bundan başqa məntəqə seçki komissiyalarının işinə də müdaxilə edirlər. Dəfələrlə edilən xəbərdarlıq nəticəsiz qalıb./APA/

41 saylı Sumqayıt DSK-da 13105, 43 saylı Sumqayıt DSK-da isə 17574 seçici səs verib

06.11.2005. BAKI-SUMQAYIT. Saat 17.00-dək olan məlumata görə, 41 saylı Sumqayıt DSK-da 13105, 43 saylı Sumqayıt DSK-da isə 17574 seçici səs verib. APA-nın xüsusi müxbirinin məlumatına görə, həmin müddətdə 44 saylı Sumqayıt DSK-da seçicilərin 11943 nəfəri səsvermədə iştirak edib.
34 saylı Xətai II DSK-da saat 17.00-dək 39698 seçicinin 27%-i, 36 saylı Xətai IV DSK-da isə 38000 seçicinin 34%-i səs verib. APA-nın xüsusi müxbirinin məlumatına görə, rayon ərazisində heç bir ciddi insident qeydə alınmayıb. /APA/

Gəncənin 37 saylı I Nizami seçki dairəsinin 8 saylı məntəqəsində səsvermə prosesində müvəqqəti fasilə yaranıb

06.11.2005. GƏNCƏ. 37 saylı I Nizami seçki dairəsinin 8 saylı məntəqəsində deputatlığa namizəd Həsən Hüseynlinin müşahidəçiləri məntəqə sədri Rəna Ələkbərovanın stolunun üstündə 147 ədəd kənarı kəsilmiş bülleten aşkarlayıb. Müşahidəçilər bu barədə dərhal dairə seçki komissiyasının sədri Zakir Hüseynova məlumat veriblər. Həsən Hüseynli APA-nın Gəncə bürosuna verdiyi açıqlamada məntəqə komissiyası sədrindən bülletenlərin hamısının komissiya üzvlərinin stolunun üstündə olmasını xahiş edib. Komissiya sədri bülletenləri gətirdikdə məlum olub ki, 147 bülletenin kənarı əvvəlcədən kəsilib. Lakin müşahidəçilər kənarı kəsilmiş bülletenlərin işarələnmiş olub-olmadığı barədə heç nə deyə bilməyiblər. MnSK sədri Rəna Ələkbərova APA-nın Gəncə bürosuna verdiyi açıqlamada ona qarşı irəli sürülən ittihamları rədd edib. O bildirib ki, bülletenlərin hamısı əvvəlcədən komissiya üzvlərinin əyləşdiyi stolda olub. “Biz seçiciləri tez yola salmaq üçün bülletenlərin bir qisminin kənarını əvvəlcədən kəsmişdik. Həsən Hüseynli bülletenlərin səsvermə otağına gətirilməsini xahiş etdi, biz bülletenləri gətirdikdə mənə şər atdı ki, guya mən bülletenləri seyfdən çıxarmışam”. DSK sədri Zakir Hüseynov APA-nın Gəncə bürosuna verdiyi açıqlamada deputatlığa namizəd Həsən Hüseynlinin iddiasının əsassız olduğunu, bu şəxsin seçki prosesinə qanunsuz olaraq müdaxilə etdiyini bildirib. İnsidentlə bağlı məntəqədə səsvermə prosesi qısa müddətə dayansa da, sonradan proses bərpa edilib. /APA/

Əzizbəyov rayon Məhkəməsinin qərarı ilə 162 nəfər səsverməyə buraxılıb

06.11.2005. BAKI. Noyabrın 6-dək adları seçki siyahısında olmayan 84 seçici Əzizbəyov rayon Məhkəməsinə müraciət edib. Bu barədə APA-nın müxbirinə məhkəmənin sədri Araz Kazımov məlumat verib. A. Kazımov bildirib ki, bu gün eyni şikayətlə 78 seçici onlara müraciət edib. Bütün seçicilərin şikayətləri təmin olunub, onlar məhkəmə qərarı ilə səsverməyə buraxılıblar. /APA/

37 saylı I Nizami seçki dairəsində saat 17.20-ə kimi seçicilərin 36.65 faizi səsvermədə iştirak edib

06.11.2005. GƏNCƏ. 37 saylı I Nizami seçki dairəsində saat 17.20-ə kimi səsvermə hüququna malik vətəndaşların 36.65 faizi, yaxud 11.930 seçici iştirak edib. DSK səsdri Zakir Hüseynovun APA-nın Gəncə bürosuna verdiyi məlumata görə, hazırda seçki dairəsinə daxil olan məntəqələrdə Aleksandr Askolski (MDB müşahidəçilər missiyası), Tomas Alatayov (Estoniya), Sestie Raul, Alina Budraiskoyte (ATƏT), Zuhati Hacıoğlu, Şamil Ayrım (Türkiyə) müşahidəçilik edir. 1, 2, 11, 12, 13, 14, 15, 16 və 17 saylı məntəqələrin komissiya sədrlərinin verdiyi məlumata görə, saat 17.20-yə kimi bu məntəqələrdə orta hesabla 300-582 seçici səsverməyə qatılıb. /APA/

Saat 18.00-a olan məlumata görə, ən yüksək seçici fəallığı 70 saylı Masallı şəhər Seçki Dairəsində qeydə alınıb - 62.35%

06.11.2005. BAKI. “Seçkilər” İnformasiya Mərkəzinin sədri İqbal Babayev saat 18.00-a olan nəticələrlə bağlı mətbuat konfransı keçirib. APA-nın mərkəzdə olan əməkdaşı bildirib ki, İ. Babayev seçkilərin normal keçdiyini deyib. Ümumi ölkə üzrə 1848200 nəfər səs verib (39.63%). Ən yüksək fəallıq 70 saylı Masallı şəhər Seçki Dairəsində (SD) qeydə alınıb - 62.35%. 2-ci yerdə 51 saylı Qusar SD-dir - 59%. Sonrakı yerdə Şərur-Sədərək SD-dir - 56% . 15 dairədə 50%-dən çox seçici səs verib. Bakıda öndə gedən dairə 50%-i keçmiş 14 saylı Əzizbəyov II SD-dir (52%). Ən aşağı seçici fəallığı isə 23 saylı Nəsimi-Səbayel SD-də qeydə alınıb (21.49 %).

ABŞ səfiri Rino Harniş “Seçkilər” İnformasiya Mərkəzində olub

06.11.2005. BAKI. Saat 17.40 radələrində ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş “Seçkilər” İnformasiya Mərkəzinə baş çəkib. APA-nın mərkəzdə olan əməkdaşının məlumatına görə, səfir seçkilərin gedişində hələlik qeyri-normal heç nə olmadığını, nəticələri gözlədiklərini deyib. Bütün məsələləri qeydə aldıqlarını vurğulayan R. Harniş rəsmi məlumatlar açıqlanandan sonra açıqlama verəcəklərini deyib: “Məndə olan məlumata görə, hələlik elə bir ciddi pozuntu baş verməyib”. /APA/

Rauf Arifoğlunun seçki qərargahı növbəti bəyanat yayıb

11.2005. BAKI. 28 saylı Sabunçu üçüncü seçki məntəqəsindən deputatlığa namizəd Rauf Arifoğlunun seçki qərargahı növbəti bəyanat yayıb. Seçki Qərargahından APA-ya daxil olan məlumata görə, saat 14.25–də 10 saylı məntəqədə Rzayev Elşən Firuz oğlu, Rzayev Ağa Ağarza oğlu, Rzayev Çingiz Ağarza oğlunun yerinə başqaları səs verib. Eyni zamanda Rzayev Elşən Firuz oğlunun vəsiqə seriyası (AZE №01145899) başqa şəxsin qarşısında yazılıb. Yalnız seçicinin öz müdaxiləsindən sonra bu qanun pozuntusu aşkar edilib. Bu pozuntunu əlini açıq-aşkar adların siyahısının üzərini örtməklə komissiya üzvü gizlətmək istəyib. 2 saylı məntəqədə gələn seçicilərin əksəriyyətinin adı yoxdur. Barmaqların mürəkkəbi gah yoxlanılır, gah da nəzarət olunmur. 3 saylı məntəqənin seçki otağına kənar şəxslər daxil olub, açıq-aşkar Eldar Quliyevi təbliğ ediblər. 8 saylı məntəqə siyahıda bir neçə seçicinin adı yoxdur. 14 saylı məntəqədə 71 nəfər şəxsin adı siyahıda olmadığı üçün geri qaytarılıb. Seçki komissiyasının sədri «Azadlıq» blokundan olan komissiya üzvünə təzyiq edib. Seçki Qərargahı bir neçə məntəqədə eyni tipli pozuntuların olduğunu bildirib: “ İki saat ərzində cəmi 60 qanun pozuntusu müşahidə olunub”. /APA/

Saat 19.00-da səsvermə başa çatıb

06.11.2005. BAKI. Saat 19.00-da səsvermə başa çatıb. Artıq həmin saatdan başlayaraq, məntəqələr bağlanıb və səslərin sayılmasına başlanıb. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. /APA/

Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi exit-pollu PA Consaltinq Qroup şirkəti yox, Mitovski İnternətional və Edisson Reserc şirkəti ilə keçirilir

06.11.2005. Bir sıra Kütləvi İnformasiya Vasitələrində Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzinin guya ABŞ-ın PA Consaltinq Qroup şirkəti ilə birlikdə exit-poll keçirdiyi barədə məlumatlar yayılıb. Mərkəzin direktoru Solmaz Mehtiyevanın APA-ya daxil olan açıqlamasında bu xəbərlərin yalan olduğu, çirkin niyyətlə ortalığa atıldığı bildirilib: “Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və ABŞ-ın Mitovski İnternətional və Edisson Reserc şirkətinin təşkil etdiyi exit-pollda iştirak edir. Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi heç bir siyasi quruma xidmət etmir, seçkilərdə neytral mövqedən çıxış edir”. /APA/

15 saylı I Yasamal seçki dairəsində namizəd Eldar Namazovun xeyrinə yazılmış hazır seçki bülletenləri tutulub

06.11.2005. BAKI. Azərbaycan Liberal Partiyasının Seçki Qərargahından APA-ya verilən məlumata görə, 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 17 saylı məntəqə seçki komissiyasının üzvü, ALP nümayəndəsi Elnarə Abbasova məntəqə seçki komissiyasının sədri Sədaqət Rüstəmova tərəfindən məntəqədən uzaqlaşdırılıb. 15 saylı I Yasamal seçki dairəsində 20 və 21 saylı məntəqə seçki komissiyasında namizəd Eldar Namazovun xeyrinə yazılmış hazır seçki bülletenləri tutulub və MSK-ya göndərilib. /APA/

Rino Harniş: “ ABŞ səfirliyi seçkilərə dair hesabatını ATƏT-in hesabatından sonra açıqlayacaq”

03.11.2005. BAKI. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzində olub, mərkəzin direktoru İqbal Babayev ilə görüşüb. (APA) Görüşdən sonra jurnalistlərə açıqlama verən səfir bildirib ki, seçkilərin nəticələri barədə hələ heç nə deyə bilməz: “Lakin bu gün Azərbaycan üçün çox vacibdir. Seçicilərin iştirak faizinin yüksəlməsinə ümid edirəm. Bizim nümayəndə heyətlərimiz ölkənin müxtəlif yerlərində müşahidələr aparır, bəzi yerlərdə vəziyyət yaxşıdır, bəzilərində isə yaxşı deyil, lakin biz ümumi nəticəmizi müşahidələr bitəndən sonra bildirəcəyik”.
PA Consaltingin Qroup keçirdiyi exit-polla bağlı şikayətlərə münasibət bildirən Rino Harniş bütün şikayət qeydə alındığını, şikayətləri yoxlamaq üçün həmin yerə nümayəndələrini göndərdiklərini deyib: “Bəzi hallarda çaşqınlıq olur, exit-poll keçirən təşkilatın adı səhv salınır”. Müxalifətin kütləvi aksiya keçirməsi ilə bağlı məsələyə münasibət bildirən səfir ABŞ-ın bütün tərəfləri qanunun aliliyinə hörmət etməyə, zorakılığa yol verməməyə, mülki vətəndaş cəmiyyətinə aid olan bütün qaydalara riayət etməyə çağırdığını deyib: “ ABŞ səfirliyi müşahidəçilərinin və exit-pollun nəticələrinə əsaslanaraq seçkilərə qiymət verəcək. Ən əsası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə Bürosunun verdiyi qiymətləndirmə olacaq, çünki onlar bu sahədə beynəlxalq səylərə rəhbərlik edir. ABŞ səfirliyinin hesabatı həmin hesabatdan sonra verəcək”. /APA/

Saat 19.00-a qədər seçicilərin 40.77%-i səsvermədə iştirak edib

06.11.2005. BAKI. Saat 19.00-a olan məlumata görə, respublika üzrə seçicilərin 1901569 nəfəri səs verib. APA-nın “Seçkilər” İnformasiya Mərkəzində olan əməkdaşının bildirdiyinə görə, bu, seçicilərin 40.77%-ni təşkil edir. /APA/

ABŞ səfiri 5 seçki məntəqəsində müşahidələr aparıb

06.11.2005. BAKI. ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş xanımı Lesli Harniş ilə birlikdə seçkilərin müşahidəsini 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 8 saylı seçki məntəqəsində bitirib. (APA) Məntəqə seçki komissiyasının sədri ona məlumat verib ki, 1248 seçicidən seçkilərdə saat 18.20-ə kimi 500 nəfər iştirak edib. Məntəqədəki müşahidəçilərlə tanış olan səfir onlardan pozuntuların olub-olmaması ilə maraqlanıb. Müşahidəçilər bildirib ki, əsas pozuntu seçicilərin seçki siyahılarında adlarının tapmaması olub, 40-a yaxın belə halın olduğunu söylənilib. Həmin seçicilərdən yalnız 8-i məhkəmənin qətnaməsi əsasında seçkilərdə iştirak edə bilib. Səfir müşahidəçilərdən seçki qutusunun açılacağı an məntəqə olub-olmayacaqları barədə soruşub, müşahidəçilər bildiriblər ki, sona qədər burada olacaqlar, protokolun sürətini əldə edəndən sonra məntəqəni tərk edəcəklər. /APA/

Əli Əhmədov: “YAP 2000-ci il parlament seçkilərində olduğu kimi ən azı 74 yerə sahib çıxacaq”

06.11.2005. BAKI. Bu gün saat 19.00-da Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov səsvermə prosesi ilə bağlı ilk mətbuat konfransı keçirib (APA). Parlament seçkilərinin baş tutduğunu deyən Ə. Əhmədov bildirib ki, seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq şəffaf və ədalətli keçirilib: “Əsas cəhət odur ki, seçkiöncəsi təbliğat üçün yaradılan mühit seçkilərin demokratik keçməsinə şərait yaradıb. Seçki prosesində seçicilər öz iradəsini azad şəkildə ifadə edə biliblər. Müşahidələr onu göstərir ki, səsvermə prosesi normal olub. Xırda pozuntular nəzərə alınmasa, ciddi qanun pozuntuları qeydə alınmayıb. Bu xırda pozuntular isə seçkilərin nəticələrinə təsir etmir”. Ə. Əhmədov hesab edir ki, müxalifətin seçkilərin nəticələrinin saxta olduğunu və səsvermənin nəticələrini tanımayacağı barədə yaydıqları bəyanat demokratik seçkilərə kölgə salmağa xidmət edir. Bu, həmçinin öz məğlubiyyətlərini etiraf etməkdən başqa bir şey deyil: “Müxalifət təmsilçiləri səsvermə prosesinə əngəl törətməyə çalışıblar. Hətta bir məntəqədə “Azadlıq” blokunun təmsilçisi YAP-ın nümayəndəsinə fiziki zor tətbiq edib”. Ə. Əhmədov həmçinin qeyd edib ki, PA Consoltinq şirkəti exit-pollu aparmaq üçün müxalifət təmsilçilərini cəlb edib: “Məsələn 11 saylı Qaradağ seçki dairəsinin 19 saylı məntəqəsində exit-pollu ADP-nin rayon təşkilatının sədri Rauf İbrahimovun oğlu Ramin İbrahimov aparıb. Bu isə bizdə ciddi narahatlıq doğurur. Biz Pa Consoltinq-in rəhbərliyinə etirazımızı bildirəcəyik”. Ə. Əhmədov YAP-ın namizədlərinin seçicilərin yüksək faizini əldə etdiyini bildirərək partiyanın 2000-ci il parlament seçkilərində olduğu kimi ən azı 74 yerə sahib çıxacaqlarını qeyd edib. /APA/

Bu saata olan məlumata görə, ölkə üzrə 43,34% səs verib

06.11.2005. BAKI. Bu saata olan məlumata görə, ölkə üzrə 2021218 nəfər səs verib. APA-nın “Seçkilər” İnformasiya Mərkəzindəki əməkdaşının məlumatına görə, bu seçicilərin 43.34%-i deməkdir. 95 saylı Tərtər Seçki Dairəsi liderdir - 65.15%. Bakı üzrə 14 saylı Əzizbəyov II SD ilk yerdədir - 64.94%. /APA/

Xaçmaz polisinə tabe olmadığına görə güllə yarası alan çeçen milliyyətindən olan şəxsin adı məlum olub

06.11.2005. XAÇMAZ. Bu gün Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış şəxsin kimliyi məlum olub. APA-nın şimal bürosunun məlumatına görə, bu şəxs 1985-ci il təvəllüdlü, milliyyətcə çeçen olan Asxadov Maqomed İsayeviçdir. Onun Bakıda yaşadığı bildirilsə də, onun Xaçmaza niyə gəldiyi açıqlanmır. Qeyd edək ki, bu gün təxminən saat 14.00 radələrində polislər Rəjət yolunda özünü şübhəli aparan şəxsə dayanmaq barədə əmr veriblər. Ancaq həmin şəxs polisin əmrinə tabe olmayıb. Üstündə partlayıcı maddə olduğunu, polisin ona yaxınlaşacağı təqdirdə, həmin maddəni partladacağını deyib. Polis əmrə tabe olmayan şübhəliyə atəş açıb. Güllə yarası alan Asxadov Maqomed İsayeviç Xudat şəhər xəstəxanasına aparılıb. /APA/

Bir neçə dairədə seçkilərdə iştirak edənlərin sayı açıqlanıb

06.11.2005. BAKI. 9 saylı Binəqədi II Seçki Dairəsində səslərin sayılması başa çatıb. DSK-dan APA-nın orada olan əməkdaşının məlumatına görə, 37839 seçicidən 14445-i (38,1%) səs verib. 10 saylı Binəqədi III SD-də 40961 seçicidən 16745-i (41%) səs verib. 11 saylı Qaradağ SD-də qeydiyyatda olan 39505 seçicidən 18642-si səsvermədə iştirak edib. 12 saylı Qaradağ-Binəqədi-Yasamal SD-də 36303 seçicidən 18046 nəfəri (46,5%) səs verib. 41 saylı Sumqayıt I SD-də 15832 seçici (38%), 42 saylı Sumqayıt II SD-də 15827 seçici (36,75%), 44 saylı Sumqayıt-Abşeron SD-də 15554 seçici (37,5%) səs verib. 24 saylı Nizami II SD-də də səs verənlərin sayı açıqlanıb. DSK-dan APA-ya bildirilib ki, səsvermə hüququ olan vətəndaşların 50 faizi seçkilərə qatılıb.
15 saylı Yasamal I DSK-nın sədri Sərdar Süleymanov APA-nın əməkdaşına bildirib ki, 38870 nəfərdən 14313-ü (36,8%) səsvermə hüququndan istifadə edib. 17 saylı Yasamal III DSK-nın sədri Qədir Kərimov isə 41043 seçicidən 14666-sının (35,73%) səs verdiyini deyib. 13 saylı Əzizbəyov I SD-də 37190 seçicidən 13723-ü səs verib (37%). 14 saylı Əzizbəyov II SD-də isə seçici fəsallığı yüksək olub. Buradakı 41292 seçicinin 26815-i (65%) səs verib. /APA/

MDB müşahidə missiyası hesabatını sabah açıqlayacaq

03.11.2005. BAKI. 640 nəfərdən ibarət MDB müşahidə missiyasının nümayəndələri Azərbaycanın bütün regionlarında müşahidələr aparıb. MDB İcra Katibinin mətbuat xidmətinin rəhbəri Serqey Suntsov APA-ya bildirib ki, missiyanın bəyanatı hazırlanır, müşahidəçilər regionlardan qayıdaraq, gördüklərini həmin hesabata salacaq.
Missiyaya rəhbərlik edən MDB icra katibi Vladimir Ruşaylo şəxsən bir neçə seçki məntəqəsində müşahidələr aparıb. O, prezident İlham Əliyevin səs verdiyi 29 saylı seçki dairəsinin 6 saylı seçki məntəqəsində, eləcədə 29 saylı seçki dairəsinin 7-ci seçki məntəqəsi və 23 seçki dairəsinin 12-ci seçki məntəqəsində müşahidə aparıb. Vladimir Ruşaylo bu gün ATƏT-in müşahidə missiyasının rəhbəri Gert Arenslə görüşüb, informasiya mübadiləsi aparıb.
Missiyanın hesabatını sabah Vladimir Ruşaylo «Gülüstan» sarayında keçirəcəyi mətbuat konfransında açıqlayacaq. /APA/


Materiallardan istifadə edərkən
Azəri-Press İnformasiya Agentliyinə istinad zəruridi

XS
SM
MD
LG