Accessibility links

Azərbaycan müxalifəti parlament seçkilərində kütləvi şəkildə pozuntuların olduğunu bildirir


Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb. Azərbaycan müxalifəti seçkilər zamanı geniş şəkildə pozuntulara yol verildiyini bəyan edərək, nəticələr açıqlanmayana qədər etiraz nümayişi keçirməyəcəyini bidirib. Azərbaycan müxalifətinin üç əsas partiyasından olan Azərbaycan Xalq Cəbhəsi parityasının lideri Əli Kədimli səsvermənin Azərbaycan xalqının iradəsini ifadə etmədiyini deyib. O, müxalifətin etiraz nümayişinin dinc xarakter daşıyacağını bildirib. Lakin ölkə rəsmiləri haqqında məlumat verilən bir neçə pozuntu halının şəffaf və ədalətli adlandırdıqıları seçkinin nəticəsinə təsir etmək üçün kifayət etmədiyini bəyan ediblər. Beynəlxalq müşahidəçilər seçkilərə hələlik qiymətini verməyiblər. Noyabrın 6-ı parlament seçkiləri prezident İlham Əliyevin ölkədə demokratiyanın inkişafı vədinə test kimi qiymətləndirilir. Amerika Birləşmiş Ştatları azad seçkilərin Azərbaycanın və Amerika-Azərbaycan münasibətlərinin gələcəyi üçün böyük əhəmiyyətini vurğulayıb.
XS
SM
MD
LG