Accessibility links

ABŞ Dövlət Departamenti seçkilərlə bağlı rəsmi bəyanat verib


ABŞ Dövlət Departamenti Azərbaycanda noyabrın 6-ı parlament seçkilərinə dair bəyanatla çıxış edib. Dövlət Departamentinin sözçüsü Adam Ereli Azərbaycan hökumətini seçki pozuntularını araşdırmağa çağırıb. Dövlət Departmantinin sözçüsü Adam Ereli Amerika Birləşmiş Ştatlarının parlament seçkilərilə bağlıATƏT-in müşahidə missiyasının mövqeyini bölüşdüyünü bəyan edib. O deyib ki, bu seçkilərdə əvvəlki seçkilərlə müqayisədə müəyyən islahatlar olmasına baxmayaraq, burada narahatlıq doğuran ciddi qanun pozuntuları və saxtakarlıqlar olub. “Biz Azərbaycan hökumətini bu qanun pozuntuları və saxtakarlıqların Azərbaycan qanunları, təsisatları və seçki qanunvericiliyinə uyğun olaraq dərhal araşdırılması üçün addımlar atmağa çağırırıq. Biz bütün etiraz nümayişlərinin dinc, qanuni olmasına və bütün tərəflərin zorakılığa yol verməməsinə çağırırıq”-deyə ABŞ Dvlət Departmantinin sözçüsü bildirib. Dövlət Departmanetinin nümayəndəsi Adam Ereli seçkinin nəticələrinin iki ölkə arasında münasibətlərə təsir edib-etməyəcəyi sualını cavablandırıraq deyib ki, istər Azəbraycan, istərsə də, digər ölkələrin hökumətlərinin öz xalqlarına siyasi proseslərdə iştirak etməsinə imkan verməsi ABŞ üçün olduqca əhəmiyyətlidir, Bu, Amerika və bu ölkələr arasında münasibətlərə təsir edir. Onun sözlərinə görə, bu münasibətlərin genişlənməsi və dərinləşməsi həmin ölkələrin siyasi proseslərinin həcmindən və insan hüquqlarına hörmət etməsi və orada gedən islahatlardan asılıdır. Müxbirlərin suallarına cavab verən Dövlət Departamentinin mətbuat katibi Adam Ereli ABŞ və Azərbaycan arasında münasibətlər və enerji, əks-terror və regional məsələlər ətrafında dialoqun davam etdiriləciyini bildirmiş, lakin əlavə etmişdir ki, rəsmi Bakının seçki ilə bağlı yaranmış problemlərə cavabı iki ölkə arasında münasibətlərə təsir edəcək. “Bizim Azərbaycanla münasibətlərimiz mövcuddur və biz bu münasibətləri davam etdirəcəyik. Azərbyacanla enerji, təhlükəsizlik, əks-terror, iqtisadi, siyasi, regional, beynəlxalq və bir sıra məsələlər var ki, biz onları həll edirik və bunu etməkdə davam edəcəyik.” Adam Erelinin dediyinə görə, parlament seçkilərinin münasibətlərə gələcəkdə hansı şəkildə təsir etməsi məsələsinə baxarkən ABŞ prezidentin ikinci inaqurasiyası zamanı dedikləri sözləri yada salmaq lazımdır. Bu da ondan ibarətdir ki, “Amerika bizim tanıdığımız azadlığı tapmaqda digər ölkələrə kömək edib, dəstək verməkdə maraqlıdır. Bu, Azərbaycan və hər bir ölkə üçün eynidir.”-deyə o bildirib. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə əsasən, demokratiya, qanunun aliliyi və vətəndaşlarının hüquqlarına riayət etmək işinə sadiq qalmaq hər bir dövlətin mühüm vəzifəsidir. Adam Ereli bir daha atılmalı olan addımları vurğulayaraq deyib ki, ilk növbədə, faktarın müəyyən edilməsi, ikincisi, Azərbaycan qanunlarına uyğun olaraq, addımların atılması və üçüncüsü, seçkinin nəticələrinin xalqın iradəsini əks etdirməsini təmin etməkdən ibarətdir. Amerika Birləşmiş Ştatları seçkilərdən öncə də səsvermə bülletenlərinin qaydaya salınması, azad toplaşmaq hüququ və müxalifət tərəfdarlarının saxlanması ilə bağlı narahatlığını ifadə etmişdi. Keçən ay Azərbaycana səfər edən ABŞ dövlət katibinin yardımçısı Daniyel Frid bu məsələləri Azərbaycan prezidenti və ölkə rəsmilərilə görüşlərində müzakirə etmişdir. Seçkilərdə əlaqədar müxbirlərə şərh verən ABŞ Dövlət katibinin yardımçısı Daniyel Frid seçkilərdə pozuntuların olduğunu demiş, lakin problemlərin bütün ölkəni əhatə etmədiyini və bəzi yerlərdə seçkilərin normal şəraitdə keçdiyini söyləmişdir. Daniyel Frid bəzi müxalifət nümayəndələrinin seçki pozuntularına görə seçkilərdə qələbə çala bilməməsinə baxmayaraq, ABŞ-ın dəstəyilə həyata keçirilən iki exit-pollun hakimyyətdə olan partiyanın az fərqlə qələbə əldə etdiyini göstədiyini demişdir. Cənab Frid bildirmişdir ki, prezident Əliyevin seçkilərlə bağlı qərbin tənqidlərini nəzərə alacağını deməsi faydalıdır və onun təndiqlərə reaksiya verdiyinə işarədir. Vəziyyəti şərh edən Dövlət Departamentinin yüksək səviyyəli bir diplomatı jurnalistlərə bildirib ki, ABŞ və Özbəkistan arasında münasibətlər prezident İslam Kərimovun Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyətin may ayında Əndicanda baş vermiş siyasi zorakılıqların beynəlxalq səviyyədə araşdırılması çağırışlarını rədd etməsindən sonra pozulmuşdur. Diplomatın sözlərinə görə, əgər Azərbaycan prezidenti cənab Kərimovun yolunu gedə biləcəyinə və seçkilərlə bağlı tənqidləri diplomatik nəticələri nəzərə almadan rədd edə biləcyinə inanırsa, bu, çox ciddi səhvdir.
XS
SM
MD
LG