Accessibility links

Iran Avropanın çağırışını tənqid edib


İran Avropa Birliyinin nüvə yanacağı proorqamını dayandırması çağırışlarını tənqid edir. Bu gün İranın Xarici İşlər Naziriliyinin sözçüsü Həmid Rza Asefi Avropa Birliyinin çağırışını “təəccübdoğuran” adlandıraraq, Avropanın İrana qarşı münasibətini dəyişməsini istəyib. DİN-nin sözçüsü Asefi deyib ki, İran sülh mahiyyətli nüvə texnologiyasının inkişafına dair hüququndan imtina etməyəcək. İranın nüvə proqramı ilə bağlı baş müzakirəçisi Əli Laricani Britaniya, Fransa və Almaniya ilə avqust ayından dayandırılan danışıqların bərpasına çağırıb.
XS
SM
MD
LG