Accessibility links

Fransa zorakılıqlara son qoyulması sahəsində addımlar atır


Fransanın nazirlər kabinetinin növbədənkənar yığıncaqda 50 il əvvəl qüvvədə olan qanunun bərpası ilə bağlı razılıq əldə edilib. Qanun yerli hökumətlərə lazım olduğu təqdirdə bölgələrində komendant saatının tətbiqinə icazə verəcək. Qeyd edək ki, bu qanun ilk dəfə 1955-ci ildə Əlcəzairin Fransadan azadlığı uğrunda apardığı müharibə zamanı tətbiq edilmişdi. İndi Fransa başqa bir müharibə ilə üzləşib. Bu, iki həftədir az gəlirləri və yaşayış şəraitlərinə etiraz edən insanların zorakılığına qarşı mürharibədir. Polisin bildirdiyinə görə, 12 gecə davam edən zorakılıqlar zamanı 1100-dən çox maşın yandırılmış, 4 polis yaralanmış və 330 nəfər nəzarət altına alınmışdır. Baş Nazir Dominik De Viyepin dünən gecə televiziyaya ilə müsahibəsində deyib ki, qaynar məntəgəqələrə nizam-intizamın bərpası üçün əlavə 1500 polis göndərilib. Baş nazir uzun zamandır mövcud olan problemlərin həlli məqsədi ilə yeni tədbirlər həyata keçirəcəyini bəyan edib. Bu tədbirlər arasında zorakılıqlara səbəb olan problemlər-gənclər arasında işsizlik, etnik azlıqlara qarşı ayrı-seçkilik və məhdud təhsil imkanlarının aradan qaldırılması yer alır. Baş nazir Viyepin 2002-ci ildə sağ mərkəzçi hökumətin iqtidara gəlməsindən sonra ixtisar edilən sosial xidmətlər büdcəsinin bərpa ediləcəyinə vəd verib.

XS
SM
MD
LG