Accessibility links

Vashington Post: Azərbaycan imtahandan keçmədi


Bu gün Vaşinqton Post qəzetində “Azərbaycan İmtahandan Keçmədi” adlı baş məqalə dərc edilib. Azərbaycanda keçirilən parlament seçkilərinin bu dövlətin beynəlxalq imicinə böyük zərbə olduğunu vurğulayan qəzet heyəti Amerika hökumətini rəsmi Bakı ilə münasibətlərə yenidən nəzər salmağa çağırır. Baş məqalədə deyilir: Bu ay Buş administrasiyası neftlə zəngin olan Azərbaycan üzərində demokratiya imtahanı keçirdi. Prezident Buş ölkənin avtoritar amma qərbyönümlü prezidenti İlham Əliyevi azad və ədalətli parlament seçkiləri keçirməyə çağırdı. Belə olduğu təqdirdə rəsmi Vaşinqton cənab Əliyevə münasibətlərin yeni strateji müstəviyə qaldırılacağına söz verdi. “Seçkilər bazar günü keçirildi, cənab Əliyev isə bu imtahandan iki aldı.” Qərbli müşahidəçilər səsvermə məntəqələrinin 40 %-dən çoxunda səs-sayılma prosesinin pis və ya çox pis olduğunu bildirdi. Amerikanın təşkil etdiyi ekzit pollun 10-a yaxın dairədə uduzmuş namizədlər kimi qiymətləndiridiyi adamlar isə seçkilərin qalibləri elan edildi. Cənab Buş indi İlham Əliyevə təqdim olunan təklifin əks tərəfini nəzərdən keçirməlidir. Cənab Əliyev seçkiləri qeyri-demokratik keçirdiyinə görə Azərbaycana “strateji müttəfiq” statusu verilməməlidir. Bu addım təbii ki, Buş administrasiyaı üçün asan olmayacaq, - deyə Post yazır. Yenicə inşa edilmiş boru kəməri Azərbaycanı qərbin iri neft təchizatçılarından birinə çevriləcək. Bundan əlavə Pentaqon Azərbaycanla hərbi münasibətlərin inkişaf etdirilməsində çox maraqlıdır. Cənab Əliyevə bəzi Amerika rəsmiləri müsbət münasibət bəsləyirdilər. İki il bundan öncə saxtakarlıq və zorakılıqlarla müşaiyət olunan prezident seçkilərində qalib gəldikdən sonra dovlət katibinin müavini ona zəng edib təbrik etmişdi. Amma bu dəfə administrasiyanın seçkilərə reaksiyası fərqlidir. Bazar ertəsi açıqlanan bəyanatda ABŞ hökuməti iri saxtakarlıq hallarını və qanun pozuntularını pisləyib. Pərdə arxasında Amerika rəsmiləri cənab Əliyevə təzyiq göstərərək ondan ölçülər götürməyi tələb etdilər. Dünən onun hökuməti iki dairədə nəticələri ləğv etdi. Müxaluifət liderinin qələbəsinin oğurlandığı o biri daitrədə isə səslərin yenidən sayılmasına qərar verdi. Cənab Əliyev saxtakarlıq törətmiş adamların cəzalandırcağını söylədi və müxalifətin bugünkü etiraz aksiyasına icazə verildi. İlham Əliyevin Amerikanın baxışlarını müəyyən dərəcədə nəzərə alması diktə edir ki, Ağ Ev Azərbaaycan hökuməti ilə əlaqələri davam etdirsin. Amma İlham Əliyevin Ağ Evə dəvət olunması və ya hər hansı bir hərbi razılaşma istisna edilməlidir. Belə ki, bu hal Azərbaycan vətəndaşları və qonşuları tərəfindən seçkilərin saxtalaşdırılmasının mükafatlandırılması kimi qiymətləndirilə bilər. Əgər Azərbaycan Amerikanın strateji müttəfiqi olmaq istəyirsə, o, həqiqətən də demokratik dövlətə çevrilməlidir.
XS
SM
MD
LG