Accessibility links

Fransanın ber neçə şəhərində fövqəladə vəziyyət elan edilib


Fransanın səlahiyyəli nümayəndələri gecələr tətbiq edilən kommendant saatına baxmayaraq, ölkənin bir neçə şəhərində zorakılqıların davam etdiyini bildirir. Rəsmilər 600-dan artıq maşının yandırıldığını deyirlər. Bu, ötən gecə ilə müqayisədə iki dəfə artıq olduğunu bildiriblər. Polisin bildirdiyinə görə, əksəriyyəti şimali Afrika mənşəli müsəlman gənclər olmaqla, 240 adan nəzarət altına alınıb. Fransanın daxili işlər naziri Nikolas Sarkozi ixtişaşlara səbəb olan xaricilərin ölkədən çıxarılmalı olduğunu bildirib. Fövqəladə vəziyyət bir neçə şəhərdə və Parisin ətraf bölgələrində gecə yarıdan etibarən qüvvəyə minib.
XS
SM
MD
LG