Accessibility links

Amerikanın Səsinin Azərbaycandakı seçkilər haqda baş məqaləsi


Ötən bazar günü Azərbaycan xalqı yeni parlament seçmək üçün səs verdi. Lakin beynəlxalq müşahidəçilərin bildirdiyinə görə, bundan əvvəkli seçkilərdə olduğu kimi bu seçkilərdə də bəzi dairələrdə pozuntular və saxtakarlıqlar baş verib. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı qeyd edib ki, prezident İlham Əliyevin hökuməti əksər namizədlərin qeydiyatdan keçməsi, onlara televiziyada seçki kampaniyalarının aparılnması və bir neçə dəfə səsvermənin qarşısını almaq üçün silinməyən mürəkkəblə seçicilərin barmaq izlərinin götürülməsi daxil edilməklə bir sıra müsbət işlər görmüşdü. Lakin seçki günü cərəyan edən proseslər bu müsbət addımları heçə endirdi.

Amerikanın ATƏT-in müşahidə missiyasındakı nümayəndəsi konqresmen Alsi Heystinqzin dediyinə görə, səsvermə sakit keçsə də səslərin sayılması başlayan andan qanun pozuntuları kütləvi hal almağa başladı. Başqa problemlərə isə seçki komissiyalarında paritetin gözlənməməsi və daxil olan şikayətlərə vaxtlı-vaxtında baxılmaması, yerli hakimiyyət orqanlarının seçki prosesinə müdaxiləsinin qarşısının alınmaması namizədlərin və onların tərəfdarlarının təqibi, müxalifətin sərbəst toplaşmasına qoyulan məhdudiyyətlər daxildir.

Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Adam Ereli deyir ki, Azərbaycan hökuməti baş verən seçki qaznunsuzluqlarını araşdırmalıdır. “Biz Prezident Əliyevin lazımi addımlar atacağı haqda dedklərinə diqqət yetiririk”- deyə, o bildirib. Amerika gözləyir ki, cənab Əliyevin hökuməti saxtakarlıqların və qanun pozuntularının baş verdiyi bütün dairələrdə araşdırma aparacaq. O, Azərbacayn xalqını baş vermiş qanun pozuntularına öz etirazını sülhpərvər və qanun çərçivəsində izhar etməyə çağırıb.

Rəsmi nəticələrə görə Yeni Azərbaycan Partiyası 125 yerlik parlamentdə 63 yer qazanıb. Aparıcı müxalifət koalisiyası isə cəmi 6 yer əldə edib. Müxalifət saxta adlandırdığı seçkilərə etiraz edəcəyini bildirir. Çox mühümdür ki, Əliyev hökuməti obyektiv, tam və şəffaf şəkildə seçki saxtakarlıqları üzərində təhqiqat aparsın. Əliyev hökumətinin edəcəyi seçimlər Azərbaycanın demokratiyaya tərəf irəliləyib-irəliləməməsinə böyük təsir göstərəcək. Prezident Corc Buş deyib ki, Birləşmiş Ştatlar amerikalıların malik olduqları azadlıqların bütün dünyada yayılmasında maraqlıdır. Bu sıraya Azərbaycan xalqı da daxildir.

XS
SM
MD
LG