Accessibility links

İran nüvə silahları barədə çıxan reportu rədd edir


İran hökuməti Amerika xüsusi xidmət orqanlarında rəsmi Tehranın nüvə silahları əldə etməsinə can atmasını sübut edən minlərlə səhifəlik sənədin mövcudluğu haqda çıxan qəzet reportunu rədd edir. İran xarici işlər nazirliyinin sözçüsü Həmid Reza Asəfi bu ittihamların gülünc olduğunu bildirib. Nyu York Taymzın bu günkü nüsxəsində yazılıb ki, bu sənədlər İrandan əldə edilmiş kompüterdən oğurlanıb və İyulda Beynəlxalq Atom Enerjisi Agentliyinə göstərilib. İranlı nümayəndə yeni ittihamı Vaşinqtonun müdirlər şurasının qərarına təsir göstərmək cəhdi kimi qiymətləndirib.
XS
SM
MD
LG