Accessibility links

Həmas komandiri qətlə yetirilib


İordan çayının qərb sahilindəki Nablus şəhərində İsrailin hərbi qüvvəsi tərəfindən Həmas militantının qətlə yetirildiyi xəbər verilir. Fələstinin təhlükəszlik xidmətinin nümayəndələri reyd zamanı Əmcad Hənəvinin evinin hədəf alındığını və ailə üzvlərinin evi tərk etmələrinə göstəriş verildiyini bildirib. Qaçmağa cəhd edən militant isə öldürülüb. Həmas İordan çayının qərb sahilindəki hərbi qanadının komandiri olan Hənəvinin qətlinin intiqamını alacağına and içib.
XS
SM
MD
LG