Accessibility links

Kəraçidəki Amerika restoranı yaxınlığında bomba hücumu baş verib


Pakistanın liman şəhəri Kəraçi polisi Amerikanın şəhərdəki KFC restoranı yaxınlığında bomba partlayışı nəticəsində 3 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığını bildirib. Bomba partlayışı nəticəsində Amerikanın KFC restoranında yanğın baş vermiş, yaxınlığındakı neft və qaz şirkətləri binalarının pənçərə şüşələri sınmışdır. Polis əvvəlcə hücumun hədəfinin Amerikanın restoranı olduğunu düşünürdü. Lakin separatçi qrup Bəlucistan Milli Ordusu hücumun məsuliyyətini üzərinə götürərək bildirmişdir ki, hücum restoranın aşağı mərtəbəsində yerləşən dövlət neft və qaz şirkətinə qarşı nəzərdə tutulurdu. Kəraçi şəhər polis idarəsinin rəisi Muştaq Şah hadisə ilə bağlı təhqiqata başlandığını bildirib. O, gizlədilmiş bir maşından 5 kq partlayıcı maddə aşkar edildyini deyib. Polis hadisənin şahidlərini sorğu-suala çəkir. Həmin maşın şəhərin ticarət mərkəzində yerləşən restoran yaxınlığındakı maşın parkında aşkar edilmişdir. Ötən sentyabr ayı KFC və Mak Donalds restoranlarına da hücumlar edilmişdi. Polis hücumların məsuliyyəltini Əl-Qaida ilə əlaqəsi olan terrorçu qrupun üzərinə atıb.
XS
SM
MD
LG