Accessibility links

İsrail-Fələstin sərhərlərindən keçid mümkün olacaq


Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays Qəzzə zolağında sərhəd keçid məntəqəsinin açılması haqda İsrail və fələstinlilər arasında razılığın əldə olunmasına nail olub. Xanım gecə sürən uzun müzakirələrdən sonra əldə olunmuş razılığı İsrail və fələstinlilər üçün “irəliyə doğru böyük addım” kimi qiymətləndirib. Razlığa əasən, Qəzzə və Misir arasında Rəfah keçid məntəqəsi noyabrın 25-i açılacaq. İşğal olunmuş İordan çayının qərb sahili və Qəzza arasında avtobus nəqliyyatı dekabrın 15-dən etibarən işləməyə başlayacaq, yük maşınlarının hərəkəti isə bundan bir ay sonra bərpa olunacaq. Razılıq Qəzzədə fələstinlilərin dəniz limanının inşasını da nəzərdə tutur. İsrail bu ilin əvvəli ərazidən çıxmamışdan əvvəl Qəzzənin quru və hava sərhədlərinə nəzarət edirdi.
XS
SM
MD
LG