Accessibility links

Pakistan prezidenti hücum təşkilatçılarının axtarıldığını bildirib


Dünən Pakistanın Kəraçi şəhərində üç nəfərin ölümü, 22-sinin isə yaralanması ilə nəticələnən bomba partlayışında əli olduğunda şübhələnilən şəxsin həbs edildiyi bildirilir. Amerikanın Səsinin müxbiri Bencamin Send xəbər verir ki, istintaq əsasən diqqət mərkəzində Pakistanın Bəlucistan vilayətindəki üsyançılar yer alır. Pakistan prezidenti Pərviz Müşərrəf həbs barədə məlumatı bugünkü mətbuat konfransında açıqladı. O dedi: “Bunu törədən adamı biz həbs etdik. Lakin biz daha artıq - onun kimi təmsil etdiyi və hücumun motivlərinin nə olduğu haqda məlumat əldə etmək istəyirik”. Prezident bu məsələ ilə əlaqədar daha bir neçə nəfərin sorğu-suala çəkildiyini dedi, lakin bu haqda əlavə məlumat vermədi. Polisin bildirdiyinə görə, diqqət əsasən hücumun məsuliyyətini üzərinə götürən Bəluçistan Azadlıq Ordusunun üsyançılarına yönəldilib. Həmin qrup Balucistanda olan təbii qaz yataqlarının nəzarətini tələb edir. Bu qrup kiçik raket hücumlarının arxasında durur. Rəsmilərin bildirdiyinə görə, bomba Pakistan Petrolium dövlət neft şirkəti və Amerikanın KFC restoranının yerləşdiyi bina yaxınlığındakı maşına yerləşdirilmişdi.
XS
SM
MD
LG