Accessibility links

İraqlılar Almaniyada ittiham edilib


Almaniyada 2004-cü il Almaniyaya səfəri zamanı İraqın keçmiş baş naziri İyad Ələvini qətlə yetirmək cəhdi ilə 3 iraqlı ititham edilib. Ənsər Əl-İslam qrupunun üzvü olduğundan şübhələnilən bu şəxslər xarici terror qruplarının üzvü olmaqda günahlandırılır. 23-31 yaş arasında olan iraqlılar keçən dekabr ayı həbs edilmişdi. Alman prokurorları sui-qəsd cəhdi ilə dəlillərin onların telefon söhbətlərinə qulas asılarkən aşkar edildiyini bildiriblər. Qeyd edək ki, Ənsəl Əl İslam qrupu Üsama Bin Ladenin terror şəbəkəsi ilə yaxın əlaqədədir.
XS
SM
MD
LG