Accessibility links

Birləşmiş Ştatlarla Avstraliya terrorizmlə birgə mübarizə aparacaqlarına söz veriblər


Birləşmiş Ştatlar və Avstraliya İraqda terrorçulara və qiyamçılara qarşı birgə mübarizə aparacaqlarına vəd veriblər. Avstraliyada səfərdə olan Birləşmiş Ştatların müdfafiə naziri Donald Ramsfeld avstaliyalı həmkarı Robert Hillə görüşdükdən sonra bu barədə bəyanat verib. İki nazir həmçinin, ölkələrinin Cənubi Asiya dövlətlərinə terrorçulara qarşı apardıqları mübarizəyə yardım edəcəklərini bildiriblər. Nazirlər bu gün Avstraliyanın Adelaide şəhərində Birləşmiş Ştatlar dövlət katibinin müavini Robert Zoellik və Avstraliyanın xarici işlər naziri Aleksandr Dovnerlə görüşübləlr. Qeyd edək ki, Avstraliyanın 1300-dən çox əsgəri İraqda koalisiya qüvvələrində xidmət göstərir.
XS
SM
MD
LG