Accessibility links

Prezident Buş Çindədir


Prezident Buş Çindədir və o, yaxın vaxtlarda Çin prezidenti Hu Cintao ilə görüşməyə hazırlaşır. Bu gün radio ilə etdiyi ənənəvi həftəlik müraciətində cənab Buş deyib ki, o, Prezident Hu ilə ticari mövzuda danışıqlar aparmaq niyyətindədir. O, deyib ki, Asiya ölkələri son samanlara daha azad və yaxşı dünya ticarət sisteminin yaranması üçün səylər göstərirlər. Cənab Buşun sözçüsü bildirib ki, prezident həmçinin Çin lideri ilə Şimali Koreya nüvə proqramını və Çin vətəndaşlarının insan hüquqlarını müzakirə edəcək. Çinə gəlməzdən əvvəl Cənubi Koreyada Amerika əsgərləri qarşısında çıxış edən prezident Buş bəyan edib ki, tam qələbə əldə edilənədək Amerika qoşunları İraqda qalacaq.

XS
SM
MD
LG