Accessibility links

Prezident Buş demokratların tələbini rədd edib


Prezident Buş demokratların Amerika əsgərlərini İraqdan çıxarmaq haqda çağırışını rədd edərək bəyan edib ki, belə bir addım Birləşmiş Ştatları təhlükəyə məruz qoyardı. Amma demokrat konqresmen Con Murta deyir ki, Amerika hərbçilərinin İraqda qalması Yaxın Şərqdə terrorçuluğun və qeyri-sabitliyin artması ilə müşaiyət olunur.

Cənab Murta bu gün televiziyaya verdiyi müsahibədə Amerika qoşunlarının İraqdan çıxarılması və həmin ölkəyə nəzarətin İraq qüvvələrinə həvalə olunması ilə bağlı plana malik olduğunu söyləyib. Prezident Buş deyib ki, o, cənab Murta ilə razılaşmasa da onun bu məsələni ciddi düşünüb daşındığını dərk edir. Prezident keçmiş marin olan Con Murtanı Amerika hərbçilərini möhkəm dəstəkləyən bir şəxs adlandırıb.

XS
SM
MD
LG