Accessibility links

İran nüvə müəssisələrində təftişə qadağa qoyub


İran parlamenti bu gün ölkədə yerləşən nüvə müəssisələrində beynəlxalq təftişə qadağa qoyulmasına səs verib. Bu qadağa Beynəlxalq Atom Enerjisi Agentliyinin BMT Təhlükəsizlik Şurasına rəsmi Tehrana qarşı mümkün sanksiyalar tətbiq edilməsi üçün müraciət edəcəyi təqdirdə qüvvəyə minəcək. Bu gün səsə qoyulmuş qanun həmçinin mühəndislərə sanksiyalar perspektivi reallaşdığı təqdirdə uran zənginləşdirilməsi proqramını bərpa etmək haqda göstəriş verir.

Qarşıdan gələn cümə axşamı 35 üzvü olan Beynəlxalq Atom Enerjisi Agentliyinin Müdirlər Şurası bir araya gələrək İranın nüvə proqramını müzakirə edəcək. Qeyd edəik ki, ötən həftə Agentlik 1987-ci ildən bəri İranın atom bombasının metal özəyi haqda plana malik olduğunu bildirib.

XS
SM
MD
LG