Accessibility links

Rusiya prezidenti Yaponiya ilə əlaqələrin yaxşılaşacağına ümid edir


Rusiya prezidenti Vlaidmir Putin qarşılıqlı anlaşma və dostluq əsasında Yaponiya ilə bütün məsələləri həll edəcəyinə ümid bəslədiyini bildirib. Prezident Putin bu bəyanatla üç günlük Tokio səfəri zamanı çııxş edib. Rusiya lideri bazar ertəsi günü Yaponiyanın baş naziri Cuniçiro Koyzumi ilə görüşü zamanı son 60 il ərzində adalar üzərindəki mübahisələrə görə səngiyən iqtisadi əməkdaşlığın inkişafı məsələsini müzakirə edəcəyini bildirib. Yaponiya Rusiyanın İkinci Dünya Müharibəsi zamanı zəbt etdityi Kuril adalarının onun şimal ərazisi olduğunu iddia edir.
XS
SM
MD
LG