Accessibility links

Hindistanlının qətlə yetirildiyi guman edilir


Taliban yaraqlılarının sözçüsünün bildirdiyinə görə, şənbə günü Nimruz vilayətində girov götürülmüş yolçəkmə şirkətinin hindistanlı işçisi qətlə yetirilib. Sözçü Yusif Əhmədinin dediyinə görə, girovdarlar hindistanlının öldürülməsinə 48 saat vaxt qoymuşdular və həmin vaxt yerli vaxtla axşam saat 6-da başa çatmışdır. Lakin onun qətlə yetirildiyinə dair hələ ki, heç bir məlumat yoxdur. Taliban yaraqlıları həmin girovun işlədiyi şirkətin 48 saat ərzində Əfqanıstanı tərk etməsini tələb etmişdi. Eyni zamanda, Kabilin qərbində üç raket atılması nəticəsində bir evin dağıdıldığı bildirilir. Hələ ki, bu hücumun məsuliyyətini üzərinə götürən yoxdur.
XS
SM
MD
LG