Accessibility links

İraqın Xarici İşlər Naziri Hoşyar Zebari  Yaponiyadadir


Yaponiyada səfərdə olan İraqın Xarici İşlər Naziri Hoşyar Zebari ölkəsinin Yaponiyaya milyardlarla dollar məbləğindəki borçunun 90 faizinin ləğinə nail olsa da, Yaponiyanı İraqdan hərbi qüvvələrini çıxartmamağa razı sala bilməyib.

İraqın Yaponiyaya olan borçu ticarət sığortası ilə bağlıdır. Bu borçun 90 faizi Saddam Hüseynin hakimiyyəti devründən qalıb. Cənab Hoşyar bu borcun 6 milyardının Yaponiya tərəfindən baığışlamasına müvəffəq olub. O, bu bu razılığı Baş Nazir Koyzumi , xarici işlər Naziri Tara Aso və Müdafiə Naziri Fukuşiro Nukaga ilə görüşündə əldə edib. Yaponuiyanın Xarici İşjlər Nazirliyi bildirib ki,Tokio İraqın ticarət sığortasına olan borçunun 90 faizini bağdada güzəştə gedib, yerdə qalan 10 faizini isə Bağdad 23 il ərzində ödəməyə söz verib. İraqın Xarici İşlər Naziri Hoşyar Zebari cənab Koizumi ilə görüşündən sonra, müxbirlərə deyib ki, o, həm Baş nazirdən, həm də Müdafiə Nazirindən Yaponiyanın İraqda olan və döyüşlərdə iştirak etməyən 600 əsgərini dekabrın 14-nə qədər Sanavah postunda saxlanmasını xahiş edib. Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, cənab Hoşyarın xahişi tezliklə nəzərdən keçiriləcək , lakin o, bu barədə ətraflı məlumat verməyib. Qeyd edək ki, Yaponiyanın hərbi qüvvələri İraqda əsasən yenidən qurma işlərilə məşğudur və Samavah bölgəsinin əhalisini içməli su ilə təmin etmək layihəsi üzərində işləyirlər. Plana əsasən gələn ay ordakı sakinlər içməli su ilə təmin olacaqlar.

XS
SM
MD
LG