Accessibility links

Britaniya İrandan həssas nüvə  sənədlərini  verməsini  tələb edib.


Beynəlxalq Atom Eneri Agentliyinin İranın nüvə məsələsini BMT- Təlöhlükəsizlik Şurasına təhvil verməmə qərarına gəlməsindən bir gün sonra, Britaniya İrandan həssas nüvə sənədlərini verməsini tələb edib. Agentliyin Direktorlarının Vyanada keçirdikləri iclasda Britaniya İranı beş nüvə ölkəsinin mütəxəssislərinin bu ölkənin nüvə layihələrini nəzərdən keçirməsinə imkan verməsini tələb edib. Bəzi mütəxəssislər iranın əlində nüvə başlıqlarının partlayışı təmin edən hissələrinin layihəsi olduğunu deyirlər.

İran bu layihələri Pakistanlı alim Əbdul Qədir xanın idarə etdiyi nüvə qara bazarı şəbəkəsindən aldığını ancaq onları özünün tələb etmədiyini israrla təkid edir.

Həmin layihələrin nəzərdən keçirilməsi çağırışları, İranın nüvə proqramı ilə əlaqədar rəsmilərinin uranın zənginləşdirilməsi fəaliyyətlərinə yenidən başlamaq üçün keçən ayın axırlarında görüş keçirdikləri barədə xəbərlərin yayıldığı bir zamana təsadüf edir.

İran Avqust ayında Uranın zənginləşdirilməsinə hazırlıq fəaliyyətinə başlayıb və bunun nəticəsində də Avropa ölkələri İranla nüvə danışıqlarını dayandırıblar.

XS
SM
MD
LG