Accessibility links

Şiə lideri ABŞ hərbiçilərini üsyançılara qarşı aqressiv olmağa çağırıb


Bu gün Vaşinqton Post qəzetində dərc edilən müsahibəsində İraq şiələrinin lideri Əbdul Əziz Hakim Birləşmiş Ştatlar hərbiçilərini üsyançılara qarşı daha aqressiv olmağa çağırıb. O, deyib ki, bəzən Birləşmiş Ştatlar hərbi qüvvələri İraq təhlükəsizlik qüvvələrinə üsyançılara qarşı apardıqları mübarizədə mane olurlar. Hakim eləcə də, İraq hərbi qüvvələrinin bir ay bundan əvvəl üsyançılara qarşı hücum planlaşdırdığını, lakin Amerika generallarının buna mane olduğunu, bununla da terror hücumlarının daha da artdığını bildirib. Cənab Hakim Birləşmiş Ştatları İraqın üsyançıların dəstək aldıqları ölkələrlə sərhədlərinə diqqəti artırmağa çağırıb.
XS
SM
MD
LG