Accessibility links

Ermənistanda referendum keçirilir


Bu gün Ermənistanda əsas qanunun bir neçə maddəsinin dəyişdirilməsi üçün referendum keçirilir. Müxalifət partiyaları referendumu boykot edir. Ermənistan seçicisinin 3-də birinin bu günkü referendumda iştirak edəcəyi bildirilib. Əhalinin çoxu bu referendumu dəstəkləyir.

Qeyd edək ki, buna bənzər referendum 2003-cü ildə keçirilmişdi. Müxalifət bildirir ki, əsas qanun maddələrinin dəyişdirilməsi prezident Robert Köçəryan hökumətinin legitimliyini gücləndirəcək. Müxalifət həmçinin bildirir ki, cənab Köçəryan 2003-cü ildə keçirilən saxta seçkilərin nəticəsində yenidən prezident seçilib. Lakin konstitusiya məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

XS
SM
MD
LG