Accessibility links

Bağdadda həyata keçirilən hücumda üç nəfər həlak olub


İraqda silahlı şəxslərin Bağdaddan cənubunda şiə müsəlmanları ziyarətgaha aparan avtobusda həyata keçirdikləri hücum nəticəsində üç nəfər həlak olub, bir neçə adam isə yaralanıb. Britaniyanın xarici işlər nazirliyinin bidliridyinə görə, təhqiqat ölənlər arasında iki Britaniya vətəndaşının olduğnu müəyyən edib. Eyni zamanda, İraqda şənbə günü yoxa çıxmış humanitar yardım işçilərinin taleyinin bəlli olmadığı deyilir. Kanada rəsmiləri bir ingilis, iki kanadalı və bir amerikalının yoxa çıxdığını bildirmiş, lakin təfərrüataları açıqlamamışlar. Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri Bağdaddan cənubda Babil vilayətində 20 nəfər ünyançının ələ keçirildiyini bildiriblər
XS
SM
MD
LG