Accessibility links

Klinton Şri Lanka hökumətini Tamil Pələngləri ilə sülhə çağırıb


Birləşmiş Ştatların sabiq prezidenti Bil Klinton Şri Lanka hökumətini Tamil Pələngləri üsyançıları ilə sülh prosesini davam etdirməyə çağıraraq deyib ki, başqa halda sunamidən sonrakı bərpa səyləri əks istiqamətə yönələ bilər. BMT-nin sunamidən sonra bərpa səyləri üzrə xüsusi nümayəndəsi olan cənab Klinton bəyan edib ki, vətəndaş müharibəsi yenidən bərpa işlərini tez bir zamanda heçə endirə bilər.

Cənab Klinton bu açıqlamaları Şri Lanka paytaxtı Kolomboda ölkənin yeni seçilmiş prezidenti Mahinda Rayapkase və keçmiş prezidenti Çandrika Kumaratunqa ilə ayrı-ayrı keçirdiyi görüşlərdən sonra verib. Sabiq ABŞ prezidenti ölkənin keçən il dekabrın 26-ı sunaminin dağıtdığı şimal-şərq bölgələrində olmuşdur. Cənab Klinton bundan sonra eyni missiya ilə İndoneziyaya yola düşmüşdür.

XS
SM
MD
LG