Accessibility links

Beslan məktəbində partlayışa nəyin səbəb olduğunu müəyyən etmək mümkün olmayıb.


Rusiyanın cənub Beslan şəhərində keçən il məktəbin ələ keçirilməsi məsələsini araşdıran hökumət komissiyası hökumət agentlikləri arasında koordinasiyanın mövcud olmadığını bildirir. Komissiyaya sədrlik edən Stanislav Kasayevin təqdim etdiyi hesabatda bildirilir ki, təhlükəsizlik qüvvələrinin hücumuna yol açan partlayışa nəyin səbəb olduğunu müəyyən etmək mümkün olmayıb.

Şimali Osetiya qanunvericiləri tərəfindən hadisənin araşdırılması həvalə edilən cənab Kasayev bildirib ki, məktəbin azad edilməsində tanklar, qumbara və yanğın silahları kimi ağır silahlardan istifadə edilib. Xatırladaq ki, məktəbi ələ keçirənlər Rusiya qüvvələrinin çeçenistandan çıxarılmasını tələb edirdi. Haidsə zamanı 1100 şagird girov götürülmüş, əksəriyyəti uşaq olmaqla 330-dan artıq adam həlak olmuşdu.

XS
SM
MD
LG