Accessibility links

Səudiyyə Ərəbistanının  Ciddə  şəhərində  ticarət palatası direktorlar şurasının  üzvlüyünə iki qadın seçilib


Səudiyyə Ərəbistanının Ciddə şəhərində ticarət palatası direktorlar şurasının üzvlüyünə iki qadın seçilib. Bununla həmin ölkədə birinci dəfə qadınlar bir seçkidə həm namized olmuş və səs verə bilmişlər. Bu isə qadınların maşın sürməsinin qadağan olduğu, xaricə seyahət üçün kişilərdən icazə almalı olduqları krallıqda tarixi bir hadisə kimi nəzərdə tutulur. Lama Süleyman və Naşva Taher Ciddə ticarət palatası direktorlar şurasının digər 14 üzvü ilə bir yerdə işləyəcəklər. Onlar seçkilərdə qalib gəlmələriin Səudiyyə Ərəbistanında qadınların hökumətdə vəzifə almağa hazır olduqlarını göstərdiyini və daha çox qadının seçkiylə vəzifəyə gəlməsini görmək istədiklərini deyiblər.

XS
SM
MD
LG