Accessibility links

Prezident Buş QİÇS-ə qarşı mübarizənin intensivləşdiriləcəyini deyir


Prezident Buş deyir ki, onun hökuməti QİÇS-ə qarşı mübarizədə səyləri gücləndirmək əzmindədir. Bu gün Vaşinqtonda Dünya QİÇS Günü münasibətilə keçirilən tədbirdə çıxış edən ABŞ rəhbəri bildirib ki, QİÇS epidemiyası Afrika cəmiyyətlərində sabitliyi təhlükə altına alır və Asiyada getdikcə genişlənməkdədir. Prezidentin dediyinə görə Amerikanın QİÇS-lə bağlı irəli sürdüyü təşəbbüs planı indiyədək bir millət tərəfindən bu istiqamətdə başlanmış mübarizələrin ən nəhəngidir. Həmin plana əsasən Afrika və Asiya ölkələrinə 15 milyard dollar ayrılacaq.
XS
SM
MD
LG