Accessibility links

Birləşmiş Ştatlar Azərbaycan Konstitusiya Məhkəməsinin qərarını alqışlayıb


Birləşmiş Ştatlar hökuməti Azərbaycan Konstitusiya Məhkəməsinin ötən ay keçirilən seçkilərində beş seçki məntəqəsindəki nəticələri ləğv edərək səsvermənin yenidən keçirilməsi haqdakı qərarını alqışlayıb. Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Şon MakKormak belə bir addımı müsbət adlandırsa da, beynəlxalaq təşkilatların Azərbaycanda noyabrın 6-da keçirilən seçkilərdəki qanun pozuntularına dair narahatlıqlarına son qoymaq üçün daha çox iş görmək lazım olduğunu deyib. O, Azərbaycan liderlərini beynəlxalq standartlara uyğun hərəkət edərək, 10 səsvermə məntəqəsindəki pozuntuları tez bir zamanda aradan qaldırmağa çağırıb. O, eləcə də də rəsmi Bakını insanların sərbəst toplaşma hüququna hörmət etməyə və seçki saxtakarlıqları törətmiş insanları cinayət məsuliyyətinə cəlb etməyə çağırmışdır.
XS
SM
MD
LG