Accessibility links

ABŞ Müdafiə naziri Donald Ramsfild kütləvi informasiya vasitələrində İraq müharibəsinin işıqlanmdırılmasını tənqid edib.


Bu arada, ABŞ Müdafiə naziri Donald Ramsfild kütləvi informasiya vasitələrində İraq müharibəsinin işıqlanmdırılmasını tənqid edib. Onun sözlərinə görə, media mənfi məlumatları işıqlandırmağa tələsərək, tərəqqi və inkişaf məsələlərinə kifayət qədər diqqət vermir. Vaşinqtonda Con Hopkins universitetində çıxış edən Donald Ramsfild tərəqqini görmək üçün jurnalistlərə intihar hücumları haqda məlumatlar çərçivəsindən çıxmağı tövsiyə edib. Lakin tənqidlərə baxmayaraq, müdafiə naziri habelə kütləvi informasiya vasitələrinin cəmiyyəti məlumatlandırmaq və hökuməti məsul tutmaq kimi vəzifələrini yerinə yetirmək işində müstəsna əhəmiyyətini göstərib.
XS
SM
MD
LG