Accessibility links

ABŞ prezidenti İraqla əlaqədar çıxış etmişdir


Bu gün Vaşinqtonda Xarici Əlaqələr Şurasında çıxış edən ABŞ prezidenti İraq siyasətini müdafiə edərək, diqqəti iqtisadi inkişaf məsələlərinə çəkmişdir. Cənab Buş iqtisadi sahədə tərəqqinin İraq xalqına daha yaxşı gələcəyə ümid verdiyini demişdir. Prezident Buş bərpa işlərinin təhklükəsizlik sahəsində çətinliklərə görə həmişə ümid edildiyi kimi yaxşı getmədiyini etiraf etmişdir. Onun sözlərinə görə, “diktator tərəfindən dağıdılmış ölkəni bərpa etmək böyük bir vəzifədir.”

İraqda vəziyyətlə bağlı bugünkü siyasi məruzə prezident Buşun iki il yarım bundan öncə İraqa müdaxilədən sonra ABŞ hərbi qüvvələrinin əməliyyatlarına qarşı tənqidlərə cavab məqsədilə etdiyi ikinci çıxışdır.

XS
SM
MD
LG