Accessibility links

Səddam Hüseyn məhkəməyə boykot elan etdi


Bu gün Bağdadda İraqın keçmiş prezidenti Səddam Hüseynin və onun hökumətində işləyən 7 nəfərin məhkəməsi davam etməli idi. Lakin Səddam Hüseyn bu gün məhkəmədə iştirak etməkdən boyun qaçırıb. Rəsmilərin bildirdiyinə görə, sabiq diktatorun vəkilləri onunla məsləhətləşmələr aparmışlar. Çərşənbə günü keçirilən məhkəmə zamanı Səddam Hüseyn məhkəməni qeyri-qanuni adlandırmış və hakimə “cəhənnəm ol” deyərək, məhkəməyə boykot elan etmişdir. Dünən məhkəmədə tanınmamaları üçün səsləri elektronik cihazlar vasitəsilə dəyişdirilmiş beş nəfər şahidin hamısı pərdə arxasında başlarına gələnlərdən danışmışlar. İki qadın və üç kişidən ibarət şahidlər 1982-ci ildə Duceyl şəhərində həbs edildiklərini və həbsxanaya göndərilmələrini təsvir etmişlər. Qeyd edək ki, Səddam Hüseyn və onunla məhkum olunan 7 nəfərin Duceyldə 140 şiənin qətlə yetirilməsində əli olduqları təsdiq edildiyi təqdirdə ölüm cəzasına məhkum ediləcəkləri gözlənilir.

XS
SM
MD
LG