Accessibility links

ABŞ Ukraynanın strateji partnyoru olduğunu deyir


Birləşmiş Ştatların dövlət katibi Konadliza Rays bu gün Kiyevdə Ukrayna prezidenti Viktor Yuşenko və digər Ukrayna rəsmiləri ilə görüşmüşdür. Xanım Rays görüş zamanı Birləşmiş Ştatların Ukraynanı strateji partnyor kimi dəstəkləyəcəyini bildirib. Xanım Rays eləcə də qonşu Rusiyada qeri-hökumət təşkilatlara məhdudiyyətlər qoyan qanun layihəsi barədə narahatlığını izhar edib.

Birləşmiş Ştatlar rəsmiləri cənab Yuşenkonun Ukrayna xalqına gətirəcəyi islahatlara ümid bəsləyərək keçən il baş vermiş Narıncı İnqilabı dəstəkləmişdi. Ukrayna prezidenti Yuşenko ilə birlikdə keçirdikləri mətbuat konfransında xanım Rays bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynanın Dünya Ticarət Təşkilatına və Evro-Atlantik İnstitutuna üzvü olması üçün öz nüfuzundan istifadə edəcək. Amerika strateji partnyor və vacib Avropa ölkəsi kimi Ukrayna ilə dostluq əlaqələrini dərin qiymətləndirir və Ukraynanın demokratik gələcəyi uğrunda Yuşçenko hökuməti ilə birgə çalışacaq, deyə ABŞ dövlət katibi bəyan edib.

Qeyd edək ki, cənab Yuşenko hökumətə rəhbərlik etdiyi birinci il siyasətdə bəzi problemlər, iqtisadiyyatda isə bəzi irəliləyişlər olmuşdur. Cənab Yuşenko jurnalistlərin hökumətdə siyasi qarışıqlıq, iqtisadiyyatda durğunluq olması haqda səsləndiridkləri fikirlərlə ilə razı olmadığını bildirmiş və onun administrasiyasının keçmiş hökumətin səhvlərini tez aradan qaldırdığını və statistikanın iqtisadiyyatda ciddi irəliləyişlər göstərdiyini demişdir.

XS
SM
MD
LG