Accessibility links

Mayami hava limanında sərnişin öldürülüb


Birləşmiş Ştatların hava marşalı tərəfindən Mayami beynəlxalq hava limanında bir sənişin güllələnib. Hadisəyə səbəb sərnişinin hədə-qorxuları olmuşdur. O, baqajında partlayıcı maddə olduğunu iddia edirmiş. Həmin şəxsin 44 yaşlı Rigoberto Alpizar adlı Amerika vətəndaşı olduğu bildirilir. Onun əşyalarının yoxlanışı zamanı heç bir partlayıcı maddə aşkar edilməyib. Qeyd edək ki, 2001-ci il sentyabrın 11-i terror aksiyalarından sonra təhlükəsilzik tədbirlərinin gücləndirilməsindən bəri bu, Amerikda ilk hadisədir. Belə ki, federal hava marşalları və ya federal hava polisləri tərəfindən bu, açılan ilk atəşdir.

XS
SM
MD
LG