Accessibility links

Rusiya Almaniyanı qazla təmin edəcək


Rusiya və Almaniya Sibirin təbii qazını Baltik dənizi vasitəsi ilə Almaniyaya daşıyacaq ixrax boru kəmərinin inşasına başlayıb. Hər iki ölkə rəsmiləri bu gün Rusiyanın Boloqda vilayətinin Babayevo şəhərində təşkil edlən mərasimdə iştirak ediblər. Layihəni həyata keçirən Rusiyanın Gazprom və Almaniyanın E. ON və Basf şikərləridir. Boru kəməri Viborqdan Finlyandiya körfəzinə qədər uzanmalıdır. Rusiya ildə 27 milyard kub metr qaz nəql edəcək kəmərin 2010-cu ildə işə salınacağına ümid bəsləyir. Layihənin 5 milyard dolllara başa gələcəyi təxmin edilir.
XS
SM
MD
LG