Accessibility links

Özbəkistan Əfqanıstanla sərhədlərində Almaniya hərbiçilərinin qalmasına icazə verir


Özbəkistan bundan əvvəl Əfqanıstanla olan sərhədlərdən bütün NATO qüvvələrini çıxaracağını deməsinə baxmayaraq, indi Almaniya hərbi qüvvələrinin orada qalmasına icazə verəcəyini bildirmişdir. Özbək rəsmilərinin bildirdiyinə görə, bu razılıq dünən Termez bazası ilə əlaqədar prezident İslam Kərimovla Almaniyanın müdafiə naziri arasında danışıqlar zamanı əldə edilmişdir.

Özbək mediası bildirib ki, bu razılığa əsasən Almaniya Termez yaşayış məntəqəsinin infrastrukturunun inkişafına uzun müddət kömək edəcək. Xatırladaq ki, bu ilin əvvəlllərində Daşkənd Birləşmiş Ştatlar hərbi qüvvələrini Karşı-Xanabad hava bazasından çıxarmişdi.

XS
SM
MD
LG