Accessibility links

Rusiya prezidenti kəskin tənqidlərlə üzləşir


Bu gün Moksvada yığıncaq keçirən insan hüquqları müdafiəçiləri və liberal siyasətçilər prezident Vladimir Putini kəskin tənqid edib, müxalifət partiyalarını birlyə çağırıblar. Natıqlər prezident Putinin Rusiyanı geriyə- avtoritar bir quruluşa sürüklədiyini bildiriblər. Qeyd edək ki, iştirakçılar arasında şahmat üzrə dünya çempionu Harri Kasparov və Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov da olub. Rusiyanın siyasi liberallarının 2007-ci il parlament və 2008-ci il prezident seçkilərindən əvvəl fəallığı müşahidə edilir. Eyni zamanda prezident Putin bu gün Çeçenistana gözlənilməz səfər edərək, yeni parlamentin açılış mərasimində iştirak edib.

XS
SM
MD
LG