Accessibility links

BMT dünya ictimaiyyətini mühacirlərə köməyə çağırır


Beynəlxalq Mühacirət Təşkilatı dünya ictimaiyyətini hər il qaçaqmalçılar tərəfindən aldadılan minlərlə mühacirə kömək etməyə və himayəyə çağırmışdır. BMT 150 milyondan çox mühacirin xarici ölkələrdə yaşadığını və işlədiyini təxmin edir. BMT bildirir ki, əsasən mühacirlərin yaşadığı ölkələrin iqtisadiyyatının inkişafı onların işlərindən və öz ölkələrinə - ailələrinə göndərdikləri puldan asılıdır. Beynəlxalq Mühacirət Təşkilatı mühacirlərə qarşı ayrı-seçkiliyin və onlardan açıq şəkildə sui-istifadə edilmənin hələ də mövcud olduğunu bildirir. Eləcə də, minlərlə mühacir gizli yollarla getdiyinə görə, onlara sonradan rəsmi status verilmir. Beynəlxalq Mühacirət Təşkilatının sözçüsü Cen Filipp Çeozi kasıb ölkələrdən olan mühacirlərin vəziyyətlərinin daha ağır olduğunu deyir. O deyir: “Belə insanlar ömrü boyu yığdıqları pulları onlara qaçaqmalçılıq yolu ilə yalandan şimala getməyə söz verənlərə verməli olurlar. Beləliklə də, çox hallarda qabaqcadan pul verənlər mühacilik statusundan imtina edilərək, tranzit dövlərlərdə çox ağır vəziyyətlə üzləşirlər. Hal-hazırda belə mühacirlər vəsaitsiz və sənədsiz şəraitdə yaşayırlar.” Bu yaxınlarda Sub-Sahara Afrikasından Avropaya mühacirət edən yüzlərlə insan gizli yollarla gəldikləri üçün onlara rəsmi mühacir statusu verilməyib. Beləliklə onlar pulsuz, ərzaqsız və susuz qalmışlar. Cənab Çeozi beynəlxalq ictimaiyyətin belə mühacirlərin vəziyyətinə diqqət yetirməsinə çağırılsa da, hələ ki, onların qayğısına qalan olmadığını deyir. Cənab Çeozi yoxsul mühacirlərin miqrasiya etrmək üçün daha çox pul verməli olduğunu deyir. O deyir ki, məsələn, cənubi Asiyadan olan mühacirlər Avropa dövlətlərinə getmək üçün 1500-dən çox məbləğdə dollar verməli olurlar. Saxara Afrikasından olan mühacirlər isə iki və ya üç min dollar ödəməli olurlar. Beynəlxalq Mühacirət Təşkilatı hökumətləri mühacirlərin əməklə təmin edilməsi üçün proqram hazırlanmasına çağırır. Belə bir proqram mühacirə hansısa ölkəyə icazəli qaydada daxil ola və işləyə bilməsinə imkan yaradar. Beləliklə də, qaçaqmalçılıq yolu ilə mühacirətin qarşısı alınar.
XS
SM
MD
LG