Accessibility links

Ərzaq kuponu almaq üçün gələn insanlar ölümlə üzləşdilər


Bu gün Cənubi Hindistanın ştatı olan Tamil Naduda daşqın xilasetmə düşərgəsində yaranan basırıq nəticəsində 43 adam ölmüş, 50 nəfər isə yaralanmışdır. İnsident ştatın paytaxtı Çennayda minlərlə adamın ərzaq almaq üçün qarşısında növbəyə düzüldüyü məktəb yaxınblığında baş verib. Ərzaq kuponu almağa toplaşmış adamlar leysan yağışının başlamasından sonra binaya daxil olmaq istəyərkən basırıq baş verib. Polisin verdiyi məlumata görə, nəticədə çoxlu sayda qadın və uşaq tələf olub.
XS
SM
MD
LG