Accessibility links

Ömürlük həbs cəzasına məhkum edilmiş livanlı azadlığa buraxıldı


Bü gün Almaniyada 20 il bundan əvvəl Amerika təyyarəsini qaçıran və Birləşmiş Ştatlar hərbi dalğıcının qətli ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilən livanlı Məhəmməd Əli Hamadi azadlığa buraxılmışdır. Almaniyanın ədliyyə rəsmiləri bu xəbəri təsdiq etmiş və onun artıq Almaniyasnı tərk etdiyini bildirmişlər.

Livan mənbələrinin bildirdiyinə görə, 1985-ci ildə həbs edilən Hezbulla militanat qrupunun üzvü Hamadi artıq Beyrutdadır. Almaniyanın xarici işlər nazirliyi Hamadinin həbsdən azadlığa buraxılmasının İraqda griov götürülən alman vətəndaşının azad edilməsi ilə heç bir əlaqəsi olamdığını bildirib.

XS
SM
MD
LG