Accessibility links

Pensilvaniya hakimi yeni qərar çıxardı


ABŞ-ın Pensilvaniya ştatının məhkəməsi bu həftə evolyusiya deyil, həyatın ilahi qüvvə tərəfindən yaradıldığına dair nəzəriyyənin biologiya fənninə salınmasını qadağan edib. Ştatın Dover məktəb heyəti biologiya dəsrlərində yer üzündə həyatın qeyri-müəyyən qüvvə tərəfindən yaradıldığı nəzəriyyəsini tədris planına salmaqla konstitusiyaya zidd hərəkət etmişdi. Məhkəmənin qərarı Amerikada evolyusiya ilə bağlı debatların son səhifəsidir. Belə ki, evolyusiyanın tədrisi ilə bağlı ilk mübahisə 1925-ci ilə təsadüf edir. Həmin vaxt Tennisi ştatının biologiya müəllimi Con Skopes yasaq olan evolyusiya nəzəriyyəsini tədris etdiyi üçün 100 dollar cərimə edilmişdi. Tennisinin Ali Məhkəməsi 1967-ci ildə bu qanunu ləğv etmişdi. Dover məktəb heyəti məhkəmənin hökmünü apelyasiya etməyəcəyini bildirib.
XS
SM
MD
LG