Accessibility links

Vətənpərvərlik Aktının müddəti uzadıldı


Amerika Birləşmiş Ştatlarının Senatı Vətənpərvərlik Aktı kimi tanınan anti-terror qanununun 6 ay müddətinə uzadılmasını təsdiq edib. Təsdiq sənədin Nümayəndələr Palatasında yekun səsverməsinə imkan yaratmış olur. Qeyd edək ki, Senatın təsdiqi bir neçə gün aparılan müzakirələrdən sonraya təsadüf edir. Demokratlar sənədin üç ay, respublikaçılar isə bir il müddətinə uzaldılmasını istəmişdilər. Qanunun yeniləşdirilməsi və daimi qüvvəyə malik olmasına çağıran ABŞ prezidenti Corc Buşun sənədi imzalayacağı gözlənilir. Hökumətə terrorçuluqda şübhələnilənlər, onları mali vəsaitlə təmin edənlər, habelə onlarla əlbir olanların mühakiməsi səlahiyyəti verən Vətənpərvərlik Aktı 2001-ci il sentyabrın 11-i terror aksiyalarından sonra qəbul edilmişdi. Sənədin bəzi maddələri dekabr ayının 31-dən etibarən qüvvəsini itirir.
XS
SM
MD
LG