Accessibility links

Səddam Hüseyn Vaşinqtonu yalancı adlandırıb


İraqın keçmiş prezidenti Səddam Hüseyn məhkəmə zamanı bir daha Amerika nəzarəçiləri tərəfindən döyüldüyünü təkrar edib, Vaşinqtonu təzyiqləri danmaqla yalan söyləməkdə günahlandırıb. O, döyülmə səbəbi ilə aldığı xəsarətin iki Amerika qrupu tərəfindən qeydə alındığını bildirsə də, yaralarını nümayiş etdirməyib. Amerika rəsmiləri isə bu iddiaları rədd edirlər. Səddam Hüseyn Amerikanın müharibədən əvvəl İraqın kütləvi qırğın silahlarına malik olduğunu iddia etməsinin də yalan olduğunu deyərək, onların yox, Ağ Evin yalançı olduğunu bildirib.
XS
SM
MD
LG