Accessibility links

NASA yeni missiyaya başlayır


Amerika Birləşmiş Ştatlarının Fəza agentliyi-NASA ilk dəfə olaraq uzaq Pluton planetinə fəza gəmisi göndərməyi planlaşdırır. “Yeni Üfüq” adlanan plan yanvar ayının ortalarında on illik bir missiyaya başlayacaq. Günəş sistemində ən son aşkar edilən Plutonun araşdırılması günəş sistemi haqda mühüm məlumatların əldə edilməsinə yardım edə bilər. Yer kürəsindən 6.1 milyon km-lik məsafədə yerləşən bu planet bəzən “buzlu cırtdan” adlandırılır. Alimlər bu planet uzaq məsafədə yerləşdirinə görə “Yeni Üfüq” gəmisinin oraya çatmasının 9 il vaxt aparacağını bildirir. Fəza gəmisinin ölçüsü bir piano ölçüsünə bərabərdir. Buraya yerləşdirilən cihazlar vasitəsi ilə Plutonun quruluşu və atmosferi müəyyən edilib, yerə göndəriləcək.
XS
SM
MD
LG