Accessibility links

ABŞ-da alış-veriş mövsümü davam edir


Amerika Birləşmiş Ştatlarında Milad bayramı başa çatsa da, alış-veriş mövsümü hələ davam edir. Bayramsonrası endirimlər bir çoxlarını mağazalara cəlb edir. Bu gün ticarət mərkəzlərinin əksəriyyəti adi iş saatlarından daha tez açılmışdır. ABŞ-ın pərakəndə satış biznesləri indi Şükran bayramından daha çox gəlir əldə edəcəklərinə ümid bəsləyirlər. Təhlilçilər Vall Mart kimi mağazalar şəbəkəsinin ticarətinin ölkənin iqtisadiyyatının möhkəmliyinə sübut olduğunu deyirlər. Bayram satışları haqda ümumi məlumat hələ açıqlanmayıb. Lakin ilkin hesablamalara görə, keçən illə müqayisədə builki satışlarda cüzi artım müşahidə olunur.
XS
SM
MD
LG