Accessibility links

Aleksandr Torşin: Beslan məktəbinə hücumun qarşısını almaq mümkün olardı


Ötən il Rusiyanın Beslan şəhərində baş vermiş qanlı hadisələri araşdıran Parlament komissiyasının rəhbəri söyləyib ki, əgər təhlükəsizlik qüvvələri vaxtında lazımi tədbirlər görsəydi, məktəbə hücumun qarşısını almaq olardı. Aleksandr Torşin Rusiya qanunvericilərinə bildirib ki, Beslanın yerləşdiyi Şimali Ossetiyada yerli rəsmilər Rusiya Daxili İşlər Nazirliyi tərəfindən verilən təlimatları yerinə yetirməyiblər.

Xatırladaq ki, bir il bundan öncə Rusiya qoşunlarının Çeçenistandan çıxarılmasını tələb edən silahlı şəxslər Beslanda məktəbə hücum edərək 1000-ə yaxın adamı 3 gün girov saxladılar. Sonda qarşıdurma əsasən uşaqlardan ibarət 330 adamın ölümü ilə əticələndi. Dünən Rusiyanın baş prokuroru təhlükəsizlik qüvvələrinin hərəkətlərinə haqq qazandırıb.

XS
SM
MD
LG