Accessibility links

BMT rəsmisi İraq seçkilərinin baş tutduğunu deyib


BMT-nin İraqda seçki komissiyasının nümayəndəsi Qreq Cennes seçkilərin baş tutduğunu və səsvermənin yenidən keçirilməsinə ehtiyac olmadığını bəyan edib. Bu gün Bağdadda keçirilmiş mətbuat konfransında danışan BMT rəsmisi parlament seçkilərinin şəffaf olduğunu və bütün icmaların iştirak etdiyi seçkilərdə az pozuntunun müşahidə olunduğunu bildirmişdir. İraqın mərkəzi seçki komissiyasının rəsmiləri bəzi mübahisəli bülletenlərin atılmalı olduğunu, lakin bunun ümumi nəticəyə təsir göstərməyəcəyini deyiblər. Sünnü ərəblər və şiələrin siyasi qrupları geniş pozuntuların olduğunu iddia edərək, yenidən səsvermə keçirilməsini tələb edir. Sünnülərin yaşadığı bəzi yerlərdə yenidən səsvermə keçirilməsi tələbilə nümayişlər davam etdirilmişdir. Son nəticələrə əsasən, şiə namizədlər 275 yerlik parlamentdə 130 yer əldə ediblər. Nəticələrin gələn ay elan ediləcəyi gözlənilir. .
XS
SM
MD
LG